Ağdaşda avtomobil aşdı — Sürücü öldü

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

Ağdaşda avtomobil aşdı — Sürücü öldü

Belə ki, “Niva” markalı avtomobilin sürücüsü, 33 yaşlı Kükəl kənd sakini Hacı Qədirov adı çəkilən kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb.

Qəza nəticəsində xəsarət alan sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ölkə.Az