Ağstafada usta damdan yıxılaraq öldü

Ağstafada usta damdan yıxılaraq ölüb.

Ağstafada usta damdan yıxılaraq öldü
https://peyk.az

Peyk.az-ın xəbərinə görə, hadisə rayonun Poylu kəndində baş verib. 1957-ci il təvəllüdlü Həsənov Alim Mirzəli oğlu evin damında təmir işləri aparan zaman yerə yıxılıb. Ağır bədən xəsarəti alan usta xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.                                 Faktla bağlı araşdırma aparılır.