Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilir

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilir

Bildirilir ;ki, dörd il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədlər haqqında məlumatlı olmaları ilə bağlı ;nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.