Aliment ödəməyən ana yatağın altında gizləndi - VİDEO

Rusiyanın Krasnoyarsk vilayətində ana azyaşlı oğlu üçün aliment ödəməyib.

REN TV-nin xəbərinə görə, 28 yaşlı qadın 8 yaşlı oğluna aliment ödəmədiyi üçün məhkəmə icraçıları onun evinə gəliblər.

Anası qadının evdə olmadığını desə də, onu yatağın altında gizlənmiş vəziyyətdə tapıblar.

Yatağın altından məhkəmə icraçıları ilə salamlaşan qadın gizləndiyi yerdən çıxmağa məcbur olub.

O, inzibati qaydada 7 gün müddətinə həbs olunub.