Alimlər açıqladı: Gündə bir yumurta yesəniz..

Alimlər açıqladı: Gündə bir yumurta yesəniz..
https://peyk.az

Çin və Böyük Britaniya alimləri gündə bir yumurta yeyən insanın orqanizmində hansı dəyişikliklərin getdiyini açıqlayıb. Tədqiqatın nəticələri haqqında “Sankt-Peterburq qeydləri” portalında məlumat verilir.

Tədqiqatlar 2004-2008-ci illər arasında aparılıb. Mütəxəssislər 30 yaşdan 79 yaşa qədər olan 500 mindən çox insanın səhhətini analiz edib. Bundan əlavə, 9 il ərzində seçilmiş könüllülər üzərində müşahidələr aparılıb.

Nəticədə, gündə bir toyuq yumurtası yeyənlərin orqanizmində insult riskinin 26% azaldığı müşahidə olunub. Bundan başqa toyuq yumurtası infarkt riskini də əhəmiyyətli dərəcədə azaldırmış.