Almaniya Rusiyanın ən qorxunc silahını açıqladı - "Sirkon"

Rusiyada istehsal edilən "Sirkon" raket gəmi kompleksi müxtəlif ölkələrin gəmilərinə, o cümlədən ABŞ-ın aviadaşıyıcılarına real təhlükədir.

Almaniya Rusiyanın ən qorxunc silahını açıqladı - "Sirkon"
https://peyk.az

Rusiyada istehsal edilən "Sirkon" raket gəmi kompleksi müxtəlif ölkələrin gəmilərinə, o cümlədən ABŞ-ın aviadaşıyıcılarına real təhlükədir.

Trend-ə istinadən xəbər veririk ki, bu barədə "Stern" qəzeti yazır.

 

Məqalədə Rusiyanın müasir S-500 zenit sistemləri və "Kalibr" qanadlı raketləri ilə təchiz olunması planlaşdırılan "Admiral Naximov" və "Böyük Pyotr" xətt kresyerlərinin modernləşdirilməsindən bəhs olunur.

Bununla belə, "Stern" hesab edir ki, bu gəmilərin əsas silahı "Sirkon" 3M22 hipersəsli qanadlı raketləri olacaq.

Bu raketlərin sürəti səs sürətini 6 dəfə üstələyə və təqribən 600 km-dək məsafəni qət edə bilir.