Almaniyada bütün ticarət mərkəzləri və mağazalar fəaliyyətini bərpa edir

Almaniya hökuməti nümayəndələrinin regional rəsmilərlə keçirdiyi onlayn videokonfrans zamanı sahəsindən asılı olmayaraq mağazaların açılması barədə razılıq əldə olunub. Məlumatı “Dpa-international” agentliyi yayıb. Rəsmilərin verdiyi qərar tezliklə Almaniya Kansleri Angela Merkel tərəfindən rəsmən açıqlanacaq. Qeyd edək ki, Almaniyada pandemiya ilə əlaqədar sahəsi 800...

Almaniyada bütün ticarət mərkəzləri və mağazalar fəaliyyətini bərpa edir

Almaniya hökuməti nümayəndələrinin regional rəsmilərlə keçirdiyi onlayn videokonfrans zamanı sahəsindən asılı olmayaraq mağazaların açılması barədə razılıq əldə olunub.

Məlumatı “Dpa-international” agentliyi yayıb.

Rəsmilərin verdiyi qərar tezliklə Almaniya Kansleri Angela Merkel tərəfindən rəsmən açıqlanacaq.

Qeyd edək ki, Almaniyada pandemiya ilə əlaqədar sahəsi 800 kvadrat metrə qədər olan mağazaların işləməsinə icazə verilirdi.