Almaniyada COVID-19-la bağlı son vəziyyət

Son bir gün ərzində Almaniyada koronavirusdan 22 nəfər ölüb.

Almaniyada COVID-19-la bağlı son vəziyyət

Son bir gün ərzində Almaniyada koronavirusdan 22 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, ötən sutka ölkədə COVID-19-a yoluxanların sayı 301 nəfər artıb.

Qeyd edilir ki, AFR-də bütün vaxt ərzində virusa 183 979 yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 8 668 pasiyent ölüb. Bununla yanaşı, 169 mindən xəstə sağalıb.

Təhlükəli virusa ən çox yoluxma Bavariyada aşkarlanıb. Burada 47 334 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Şimal Reyn-Vestfaliyada 38 616 nəfər və Baden-Vürtemberqdə 34 912 insan virus daşıyıcısı kimi qeydə alınıb. Berlində virusa yoluxma ilə bağlı 6 997 hal təsdiqlənib.