Home Texnologiya Almaniyada hidrogen yanacaqlı qatar istifadəyə verilib

Almaniyada hidrogen yanacaqlı qatar istifadəyə verilib

201
0

Almaniyada hidrogen yanacağı ilə ilk qatar istifadəyə verilib. “Coradia iLint” adlı qatar “Alstom” fransız şirkətinin mütəxəssislərinin əl əməyinin məhsuludur. Qatar ilk dəfə 2016-cı ildə Berlində “İnnoTrans” adlı sərgidə təqdim olunub.

Hal-hazırda Kukshafen, Bremerhafen, Bremerferd və Bukstehud adlı şəhərlər arasında bu cür iki qatar fəaliyyət göstərir. Hər bir qatar 300 sərnişin daşıma qabiliyyətinə malikdir. Qatarın yanacaq elementləri elektrik şəklində enerji hasil edir, bu enerji hidrogen və oksigenin birləşməsi nəticəsində əmələ gəlir. Alınan enerji litium-ion batareyalarını doldurur, dolan batareyalar min kilometr yol qət etməyə kifayət edir. Hətta qatarın sürəti də saatda 140 kilometrə çata bilir.

Şirkət məsullarından birinin dediyinə görə, bu qatarların yeganə çatışmamazlığı onların qiymətinin baha olması və yanacaq doldurma xərclərinin çox olmasıdır. Lakin xidmət xərcləri aşağı olduğuna görə bu qatarlar gələcəkdə dizel yanacaqlı qatarlarla eyni qiyməti paylaşa bilər.

2021-ci ilin sonuna qədər Almaniyanın dəmiryollarında on dörd belə qatarın yola çıxacağı proqnozlaşdırılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here