Almaniyada koronavirusa yoluxanların sayı 183 minə yaxınlaşır

Almaniyada son bir gün ərzində koronavirusa yoluxanların sayı 349 nəfər artıb.

Almaniyada koronavirusa yoluxanların sayı 183 minə yaxınlaşır

Almaniyada son bir gün ərzində koronavirusa yoluxanların sayı 349 nəfər artıb.

“Report”“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun informasiyasına əsasən, ölkədə koronavirus 182764 insanda aşkarlanıb, ölüm hallarının sayı 8 581 təşkil edir.

Qeyd edilir ki, ötən gün ərzində təhlükəli virusdan ;30 pasiyent ölüb.

Ölkədə koronavirusa yoluxmuş 167 mindən çox insan sağalıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada 47209 nəfərdə təhlükəli virus aşkarlanıb. Şimal Reyn-Vestfaliyada bu rəqəm 38297, Baden-Vürtemberqdə 34 830 təşkil edir. Berlində COVID-19-a 6901 yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.