AMB və Avronun bahalaşması səbəbləri

Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankının mətbuat konfransında gündəmə gətirdiyi fikirlər avronun bahalaşmasına səbəb olmaqdadır.

AMB və Avronun bahalaşması səbəbləri
https://peyk.az

Avropa Mərkəzi Bank (AMB) sədri Mario Draqinin başçılıq etdiyi mətbuat konfransından sonra avro bahalaşmaqdadır və önəmli müqavimət səviyyəsi hesab edilən 1.11$-a ticarət edilməkdədir. Bundan öncə EUR/USD məzənnəsində 1.0927$ ilə son iki həftənin minimum səviyyəsini qeydə alınmışdır və son iki ilin minimum səviyyəsi təhlükəsini yaratmışdır. 

Yüksək volatilliyə səbəb isə Draqinin iqtisadi zəifləmə ilə mübarizədə milli hökümətlərdən də fiskal siyasətləri ilə iştiraklarını tələb etməsi olub. Bu çağırış, Almaniya bazarlarında istiqraz gəlirliyini yüksəltmişdir. Adətən gəlirliyin artması, inkişaf gözləntilərinin yaxşılaşması ilə əlaqələndirilir. Beləliklə, istiqraz gəlirlilikləri artmaqda davam edərsə və iqtisadi gözləntilər AMB tərəfindən gündəmə gətirilən fiskal tədbirlərlə yaxşılaşarsa, Avro orta müddətli perspektivdə yenidən bahalaşa bilər. Lakin bahalaşmanın səliqləri davam etməyəcəyi də proqnozlaşdırılır. 

Bununla yanaşı, fiskal siyasət fonunda ümidləri noyabr ayında AMB-nin yeni sədrinin səlahiyyətlərinə başlaması da artırır. Belə ki, gələcək yeni sədr Kristin Laqard yumşaq fiskal və monetar siyasət tərəfdarıdır.  Bununla yanaşı, Laqard maliyyə və siyasət dünyasında da yaxşı əlaqələndirilmiş şəxs kimi tanınır. AMB-nin yeni sədri Almaniyanı "qara sıfır" siyasətini Avropada inkişaf sürətini gücləndirmək üçün müvəqqəti olaraq kənara qoymağa inandıra bilər. 

AMB-nin tədbirlər paketi Amerika Mərkəzi Bankının (FED) da çərşənbə günü faiz azaldılmasına gedə biləcəyi ehtimallarını artırıb. Ehtimallara əsasən, FED uçot faiz dəhlizini sərhədlərini 0.25% və bununla da dollara olan marağı orta müddətli perspektivdə azalda bilər. Bu da EUR/USD məzənnəsinin bahalaşması proqnozları üçün da əsasdır. 

Avro üçün risk sayıla biləcək amillər isə Breksit və Amerikanın Avropadan idxal olunan avtomobillərinə qarşı gömrük rüsumlarının tətbiqi qərarıdır. 

Bununla yanaşı, bu gün ABŞ-dan açıqlanan pərakəndə saxtış dövriyyəsinə dair önəmli fundamental məlumatların da hökümət tərəfindən dəyərləndirilməsidir. Amerika iqtisadiyyatının 70%-i istehlak təşkil edir. Bu göstəricilər Donald Trampın qərarlarına da təsir edə bilər. Avtomobil satışlarından asılı göstəricilər proqnozlardan yaxşı açıqlansa da bu bazar istisna olmaqla istehlak bazarında dinamikanın zəifləməsini müşahidə edilir və bu, vətəndaşların böhran ehtimallarının artması ilə də əlaqələndirilə bilər.