Amerikalı keşişlər uşaqları bu üsulla vəftiz edirlər — Koronavirusa görə - FOTO

“Ölkə.Az” xəbər verir ki, bu qeyri-adi mərasimin fotoşəkili sosial şəbəkədə yayılıb. Vəftizin bu cür keçirilməsi insanlar tərəfindən maraqla qarşılanıb. Bu prosedur uşağın valideynləri tərəfindən təklif edilib.

Amerikalı keşişlər uşaqları bu üsulla vəftiz edirlər — Koronavirusa görə - FOTO

"Təyin olunmuş gündə əvvəlcə uşağı su silahı ilə vəftiz etdik və sonra keşişlə xatirə şəkli çəkdirdik",- deyə onlar qeyd ediblər.

Bənzər vəftizlər artıq ABŞ-da ailələr üçün adi hal almağa başlayıb.

Ölkə.Az

"Ölkə.Az" xəbər verir ki, dünyada fərqli sərhəd xəttlərinə malik ölkələrdən ikisi Belçika və Hollandiyadır.

Baarle qəsəbəsindən keçən sərhədin bir tərəfi Hollandiya, digər tərəfi isə Belçikadır. Sərhəd xətti bəzi yerlərdə evlərin, mağazaların və iş yerlərinin ortasından keçir. Əsas məqam isə evin qapısının hansı istiqamətə baxmasıdır. Çünki insanlar evlərinin ön qapısının baxdığı ölkənin qanunlarına tabe olurlar.

Belçikaya məxsus Baarle-Hertoq qəsəbəsi 22 yaşayış məntəqəsindən ibarətdir. Bunlar eyni zamanda Hollandiya torpaqları ilə əhatə olunan kiçik yaşayış məntəqələridir.

Hollandiyaya məxsus Baarle-Nassau qəsəbəsi isə 8 yaşayış məntəqəsindən ibarətdir. Bu qarışıqlığın qarşısı almaq istəyən yerli idarəçilər sərhədlərin müəyyən edilməsini asanlaşdırmaq üçün yerə döşənmiş daşlarda işarələr hazırladılar. Bu işarələr hətta insanların evlərin içindən də keçir.

İki ölkənin də özünə xas yaxşı və pis cəhətlərini qeyd edən yerli əhali Belçika çörəyinin daha ləzzətli olduğunu, benzinin də Hollandiyaya görə daha ucuz olduğunu bildirirlər. Alış-veriş üçün isə Hollandiya tərəfindəki marketlər daha məsləhətlidir. Qəsəbə sakinləri birlikdə yaşamağın yolunu tapsa da, yerli idarəetmə orqanlarının siyasətləri güclə davam etdirilən evliliyi xatırladır. Lakin hər iki bələdiyyə sədrinin də birləşməyi istədikləri məlumdur.

"Ölkə.Az" xəbər verir ki, limon baş ağrısı müalicəsində ən effektli vasitələrdən biridir.

Birinci üsul

Bir stəkan limon suyuna 2 çay qaşığı dəniz duzu töküb yaxşıca qarışdırın. Duzlu limon suyunu içdikdən sonra baş ağrısı dərhal yoxa çıxacaq.

İkinci üsul

Limon aromaterapiya təsiri göstərən sitrus bitkisidir. Odur ki, bir dilim limonu əlinizdə ovuşdurub məcun halına gətirin. Məcun halına gəlmiş limonu alnınıza sürtün. Onun gözəl qoxusu sayəsində baş ağrıları yavaş-yavaş azalacaq.

Qeyd edək ki, baş ağrısı bəzən digər orqanlarda ciddi problemlərin olduğuna da işarə edir. Bu üsul ağır hallarda olan ağrılara ciddi təsir göstərməyə bilər.