Amerikalı MMA döyüşçüsü: Həbib Tonini on görüşdən səkkizində döyər
Amerikalı MMA döyüşçüsü Dastin Puarye “Twitter”də azarkeşlərinin suallarını cavablandırıb.

Puarye maraqla gözlənilən Həbib Nurməhəmmədov - Toni Ferqusonun döyüşü barədə də proqnozunu açıqlayıb.
- Aralarında on döyüş keçirilsə, Həbib Tonini neçə dəfə məğlub edər?
- Səkkiz.
- Hansı döyüşçünün çıxışını izləməyi daha çox sevirsən?
- Lomaçenko.
- Sənin bütün zamanlar üçün sevdiyin film hansıdır?
- “Böyük Lebovski” filmi.
- Necə düşünürsən, Həbibi döymək şansı kimdə daha çoxdur: Tonidə, yoxsa Castin Qetcidə?
- Castin Qetcidə.