ANAMA mayda 285 partlamamış hərbi sursat zərərsizləşdirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 2020-ci ilin may ayı ərzində Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 599 356 m² (60 ha) ərazi yoxlayıb, 278 ədəd partlamamış hər

ANAMA mayda 285 partlamamış hərbi sursat zərərsizləşdirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 2020-ci ilin may ayı ərzində Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 599 356 m² (60 ha) ərazi yoxlayıb, 278 ədəd partlamamış hərbi sursat (PHS), 6ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi: 285 ədəd) aşkar edərək zərərsizləşdirib.

Agentlikdən “Report”a verilən xəbərə görə, əməliyyatlarda 493 nəfər əməliyyat heyəti, 123 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

May ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 20 (iyirmi), Dövlət Sərhəd Xidmətindən (DSX) - 4 (dörd), Rayon Polis şöbələrindən (RPŞ) - 2 (iki) müraciət daxil olub (cəmi: 28 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 26 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 12 330 m² ərazi yoxlanılıb, 28 ədəd partlamamış hərbi sursat (PHS), 6 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 35 ədəd) və 99 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 544 055 648 m² (54 405,56 ha) ərazi təmizlənmiş, 807 600 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib. ;