Anasını güddü, gənc oğlanla münasibətini bilincə... — Bakıdakı dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI-VİDEO

"Ölkə.Az" xəbər verir ki, dəhşətli qətl hadisəsi Sabunçu rayonun Zabrat-2 qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Anasını güddü, gənc oğlanla münasibətini bilincə... — Bakıdakı dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI-VİDEO

Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. Daha sonra polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

Maarif Əliyev qətli namus üstündə törətdiyini bildirib.

İstintaqla müəyyən olunub ki, Maarif Əliyev anası Mədinə Qurbanovanın dəfələrlə başqa kişilərlə mobil telefonla intim məzmunlu ünsiyyətdə olmasından xəbərdar olub. ; ;

O, anasının telefonunda olan proqramı onun xəbəri olmadan öz mobil telefonuna köçürüb. Beləliklə də gələn mesajları oxuya bilib. Anasının bir nəfər oğlanla yazışdığının və bir-birilərinə sevgi mesajları göndərdiklərinin şahidi olub.

Təqsirləndirilən Maarif Əliyev babası M.Əliyev ifadəsində bildirib ki, sonuncu dəfə Mədinə ayaqyolunda telefonla danışarkən başqa kiməsə "mən də səni sevirəm" deyib. Oğlu bunu eşidib və çox əsəbiləşib: "Gecə yatmaq vaxtı gələndə Mədinə divanda uzanıb, uşağı (nəvəsini) də yanına qoyub. Sən demə bu zaman oğlan anasının yatmağını gözləyirmiş. Gecə mənim ov tüfəngimi sakitcə götürüb, necə vurubsa eşitməmişik. Tüfəngi başına dirədikdən sonra atəş açıb. Yaxından atəş açdığı üçün tüfəngin səsi eşidilməyib. Evdə onlardan başqa mən və iki qız nəvəm olmuşuq. 18 yaşında olan qız nəvəm də səs eşitməyib. Səhər yuxudan ayılanda gördük ki, Mədinə ölüb, yer qan içindədir. ;

Qeyd edək ki, Maarif Əliyev M.Qurbanovanın 4 uşağından ortancıl övladı olub.

Hadisə barədə daha ətraflı videonun 18:23-cü dəqiqəsindən baxa bilərsiz.