"Android 11" bu tarixdə istifadəyə veriləcək

“Google” şirkəti “Android 11″in təqdimatının baş tutacağı “Google I/O Developers” Konfransının tarixini açıqlayıb.

https://peyk.az

Peyk.az Ukrayna mediasına istinadən xəbər verir ki, tədbir 12-14 may tarixlərində ABŞ-ın Kaliforniya ştatının Santa Klara dairəsində yerləşən Mauntin-Vyu şəhərinin Shoreline Amphitheatre yaşayış məskənində keçiriləcək.

Bu məlumatı “Google” şirkətinin baş direktoru Sundar Piçai özünün tvitter səhifəsində açıqlayıb.

Ekspertlər hesab edirlər ki, məhz o zaman “Android” mobil əməliyyat sisteminin yeni versiyası təqdim ediləcək.

Mütəxəssislər də istisna etmirlər ki, may ayında “Google” yalnız mobil əməliyyat sistemini deyil, həm də “Pixel” smartfonlar üçün yenilənməni təqdim edəcək.

Yeni tətbiq və alətlərin də buraxılması gözlənilir.

Xatırladaq ki, “Android 10” 2019-cu il mayın 7-də təqdim edilib.