Ankarada Nəsimi haqda elə faktlar tapıldı ki... – İnanılmaz /Video

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Teleqraf.com-a böyük Azərbaycan şairi İmadəddin Nəsimi irsinin araşdırılması sahəsində yeniliklərdən danışıb.

Şəxsən özünün İran və Türkiyədən 6 divan gətirdiyini söyləyən alim Ankara Milli Kitabxanasında tədqiqat apararkən Nəsiminin iki təxəllüslə yazdığı divanını tapdığını bildirib: “Divanın üzərində “Kitabi-Seyyid Nəsimi əl-Hüseyni” sözləri yazılıb. Türkiyədən aşkarladığım divanın Bəktaşi təriqətinə məxsus Mömin Dədə təkyəsinə vəqf edildiyi barədə qeyd var”.