APOEL-in futbolçusu: "Qarabağ"la oyunda bizə üç xal lazımdır"

“Həqiqətən də eyni komandaların avrokuboklarda bir mövsümdə 4 dəfə görüşməsinə tez-tez rast gəlinmir. Bizim “Qarabağ”la əvvəlki üç qarşılaşmada fərqli nəticələr qeydə alınıb”.

APOEL-in futbolçusu:
https://peyk.az

Peyk.az apaya istinadən xəbər verir ki, bunu Kiprin APOEL klubunun futbolçusu Linus Qallenius deyib.

O, Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la sabah keçiriləcək matçına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Bu oyunda bizə üç xal lazımdır. Bilirik ki, “Qarabağ” yaxşı oynayır. Lakin onlara qalib gəlməliyik”.

Futbolçu qol vurmaq istəyindən də danışıb: “Hər matça qol vurmaq üçün çıxıram. Lakin sabah kimin vurmasının fərqi yoxdur. Ancaq qələbə qazanmalıyıq. Düşünürəm ki, azarkeşlər də çox olacaq. Onların dəstəyi bizə kömək edəcək”.