APOEL-in sabiq futbolçusu: “Qarabağ” çox təhlükəli rəqibdir”

“Qarabağ”la oyunda qalib gəlməli olması APOEL-ə əlavə təzyiq yaradır. APOEL kimi komanda həmişə qələbə üçün mübarizə apardığından stress daimidir”.

APOEL-in sabiq futbolçusu: “Qarabağ” çox təhlükəli rəqibdir”
https://peyk.az

Peyk.az apaya istinadən xəbər verir ki, bunu Kiprin APOEL klubunun sabiq futbolçusu Marios Eliasi deyib.

O, Avropa Liqasının qrup mərhələsinin APOEL-lə “Qarabağ” arasında sabahkı görüşü barədə fikirlərini açıqlayıb: “Düşünürəm ki, bütün futbolçular ilk dəqiqədən oyuna tam köklənəcəklər. APOEL-in qalib gəlmək, mübarizə aparmaq və mərhələ adlamaq şansları var. “Qarabağ”a qarşı necə oynamağa baş məşqçi Tomas Doll qərar verəcək. Təbii ki, evdə oynayan APOEL qalib gəlmək istəyirsə, çox güclü futbol göstərməlidir”.

M.Elias erkən qol istəyini gizlətməyib: “Mənim üçün ilk 15-20 dəqiqə çox vacibdir. Çünki qol vuranda matça nəzarət edə bilirsən. Digər tərəfdən “Qarabağ” çox təhlükəli rəqibdir. APOEL çox ehtiyatlı olmalıdır”.

Hazırda məşqçi fəaliyyəti ilə məşğul olan APOEL-in veteranı iki komandanın cari mövsümdə artıq 3 dəfə qarşılaşmasından da danışıb: “Qarabağ” da rəqibinə qarşı plan qura bilər. Çünki bir-birinə tanış rəqiblərdir. “Qarabağ”la APOEL bərabər səviyyəli komandalardır. Sonda hesabdakı xallar həlledici olacaq. İnanıram ki, təmsilçimiz evdə yaxşı nəticə qazana bilər. Əldə olunacaq qələbə növbəti uğurlar üçün impuls rolunu oynayacaq. Musa Al-Tamari APOEL üçün çox vacib oyunçudur. O, təkbətək mübarizələrdə matçın taleyini həll edə biləcək səviyyədədir”.