“Apple” oğurlanan smartfonları blokladı

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı qarətçilərin oğurladığı “iPhone” smartfonlarını bloklayıb.

“Apple” oğurlanan smartfonları blokladı

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı qarətçilərin oğurladığı “iPhone” smartfonlarını bloklayıb.

Peyk.az xəbər verir ki, oğurlanan cihazlara qurğunun izlənildiyi və yerləşdiyi məkan barədə məlumatın dövlət orqanlarına ötürüləcəyi barədə mesajlar gəlir. Cihazı müəyyən bir mağazaya qaytarmaq təklif olunur.

Qeyd edək ki, ABŞ-ın bir sıra şəhərlərində baş verən iğtişaşların fonunda mağazaların qarət edilməsi və oğurluq halları davam edir. Nümayişçilər Minneapolisdə qaradərili Corc Floydun ölümünə görə etiraz aksiyalarına qoşulublar./Finans/

www.peyk.az