“Aprel döyüşlərində Rusiya izi...” – Tonoyandan şok iddia

“Aprel döyüşlərində Rusiya izi...” – Tonoyandan şok iddia

“Gözləyirəm ki, Ermənistan parlamentində Aprel müharibəsi zamanı baş verən hadisələri araşdırmaq üçün yaradılan müvəqqəti komissiya absurd şayiələrə son qoyacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında bildirib.

Nazir sözügedən komissiyanın Aprel döyüşlərinin daxildəki bəzi siyasi qüvvələrin Ermənistana qarşı sui-qəsdi olduğu iddiasına da cavab verib:

“Bunun sui-qəsd müharibəsi olduğunu istisna edirəm”.

Tonoyan qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu ilə baş vermiş dördgünlük döyüşlər daxildəki siyasi qüvvələrin əvvəlcədən razılaşdırdığı plan olmayıb.

Nazir aprel müharibəsinin Ermənistanın keçmiş hakimiyyəti və Rusiyanın razılığı ilə başladığı barədə fərziyyələrin də uydurma olduğunu deyib.