Aprel savaşı: Ermənistan Azərbaycana niyə məğlub oldu? – Sərkisyan danışacaq

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Azərbaycanla aprel döyüşlərini araşdırmaq üçün yaradılmış komissiyanın qarşısında hesabat verəcək.

Aprel savaşı: Ermənistan Azərbaycana niyə məğlub oldu? – Sərkisyan danışacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə komissiyanın rəhbəri Andranik Köçəryan məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə baş verən hadisələri aydınlaşdırmaq üçün komissiyaya 40-a yaxın şəxsin dəvət edilməsi planlaşdırılır, bunların arasında Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da var.

Köçəryan qeyd edib ki, 2016-cı ildə baş verən aprel döyüşləri zamanı o, prezident kimi ali baş komandan olub, buna görə də komissiyaya dəvət edilməsi məntiqlidir.