Aramsız yağışlardan sonra torpaq sürüşməsi baş verdi - ÖLƏNLƏR VAR

Keniyanın şimal-qərbində torpaq sürüşməsi nəticəsində azı 37 nəfər həlak olub.

Aramsız yağışlardan sonra torpaq sürüşməsi baş verdi - ÖLƏNLƏR VAR
https://peyk.az

Peyk.az xəbər verir ki, təbii fəlakət noyabrın 23-də aramsız leysan yağışlarından sonra Qərbi Pokot dairəsində baş verib. Xilasedicilər indiyə qədər torpağın altından 15 cəsəd çıxarıb, 22 cəsədin axtarışı isə davam edir.

Nazirlər kabinetinin katibi Fred Matianq hadisənin baş verdiyi əraziyə helikopterlərin göndərildiyini, lakin əlverişsiz hava şəraitinin axtarış-xilasetmə əməliyyatına mane olduğunu bildirib.