Argentinada ritual qətlin qurbanı ürəyi çıxarılmış halda tapıldı - FOTO

Argentinanın Santa-Fe əyalətində “Müqəddəs Ölüm” kultunun tərəfdarlarının ritual qurbanı olan kişinin cəsədini tapıblar. Bu barədə “The Sun” xəbər yayıb. Bildirilir ki, İblisə pərəstiş edənlər kişinin diri-diri ürəyini çıxarıb, sonra isə başını kəsiblər. Qurbanın evsiz olduğu vurğulanıb. Hadisədən bir neçə gün...

Argentinada ritual qətlin qurbanı ürəyi çıxarılmış halda tapıldı - FOTO

Argentinanın Santa-Fe əyalətində “Müqəddəs Ölüm” kultunun tərəfdarlarının ritual qurbanı olan kişinin cəsədini tapıblar.

Bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, İblisə pərəstiş edənlər kişinin diri-diri ürəyini çıxarıb, sonra isə başını kəsiblər.

Qurbanın evsiz olduğu vurğulanıb.

Hadisədən bir neçə gün sonra şübhəli saxlanılıb. Bu, sosial şəbəkələrdə kult barədə məlumatlar yerləşdirən 34 yaşlı yerli sakindir. Polis kişini yaxınlarının birinin ifadəsi ilə saxlayıb. O, şübhəlinin qurbanın meyidinin yerini ona göstərdiyini deyib.