Asanlıqla yoluxduğumuz bu mikrob xərçəng yarada bilir - Həkimdən XƏBƏRDARLIQ

Bu barədə “Publikanın həkimi” layihəsində qastroenteroloq,

Ən duyğusal və həssas orqan olan mədə xəstəlikləri ölkəmizdə də ciddi sağlıq problemidir. Mədə ilə bağlı şikayətlərin durmadan artması, əsasən qidalanma və stressli, oturaq şəraitində olmağımızla bağlıdır.

Bu barədə “Publikanın həkimi” layihəsində qastroenteroloq, hepatoloq Rəqsanə Cəlilova danışıb.

O bildirib ki, “helikobakter pilori” adlanan mədə mikrobu var ki, müalicəyə ehtiyac varsa, olunmursa mədə xərçənginin yaranmasına səbəb olur: “Bu mikrob mədədə varsa, amma xəstə narahat deyilsə, helikobakter pilori pozitivdirsə, etmirik. Çünki o, yenidən başqa bir yerdən yoluxa bilər. Amma mədədə xora və dərin qastrit və s. başqa ciddi problemlər yaradıbsa, xəstə həzmsizlik problemi yaşayırsa, müalicə edirik. Ağızdan-ağıza yoluxa bilən bu xəstəlikdə müalicəyə ehtiyac varsa və müalicə olunmursa, mədə xərçənginə də səbəb ola bilər”.