Asiyanın ən yaxşı futbolçusu bəlli oldu

"Tottenhem"in futbolçusu Son Hın Min Asiyada qitə xaricində oynayanlar arasında ilin ən yaxşı oyunçusu seçilib.

Asiyanın ən yaxşı futbolçusu bəlli oldu
https://peyk.az

Peyk.az xəbər verir ki, cənubi koreyalı hücumçu bu mükafat uğrunda mübarizədə Serdar Azmun ("Zenit") və Makoto Xasebeni ("Ayntraxt") qabaylayıb.

Qeyd edək ki, Hın Min karyerası ərzində üçüncü dəfə Asiyanın ən yaxşısı seçilib.