Astarada qardaş qardaşa atəş açdı

Münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşına xəsarət yetirmiş Astara rayon sakini H.Əliyev saxlanılıb.

Astarada qardaş qardaşa atəş açdı

Münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşına xəsarət yetirmiş Astara rayon sakini H.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Peyk.az-a verilən məlumata görə, iyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.

C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

www.Peyk.az