At arabası ilə üstündən keçdi - Azərbaycanda - YENİLƏNİB

Ağdam rayon Xındırıstan kənd sakinləri Nəsibov Umud Qulu oğlu və Hətəmov Əli Əsgər oğlu arasında mal-qara üstündə mübahisə düşüb.

At arabası ilə üstündən keçdi - Azərbaycanda - YENİLƏNİB

Ağdamda mal-qara üstündə mübahisə zamanı bir nəfər ölüb.

Peyk.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mübahisə zamanı Nəsibov Umud Qulu oğlu həmkəndlisi Hətəmov Əli Əsgər oğlunu döyüb, daha sonran at arabası ilə üzərindən keçib. Ağır xəsarət alan H.Əli xəstəxanaya aparılarkən yolda ölüb.

H.Əlinin meyiti tibbi müayinədən keçmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təfil verilib.

***

Ağdamın Xındırıstan kəndində həmkəndlisini döyərək öldürən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə o, kənd sakini 1972-ci il təvəllüdlü Nəsibov Umud Qulu oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.