Auditor və auditorlar təşkilatları maliyyə hesabatlarını açıqlayıblar

Azərbaycanın Auditorlar Palatası təsərrüfat subyektlərinin 2020-ci ilin I yarımilliyi üzrə auditdən keçmə vəziyyətinə dair qısa şərh verib. Palatadan verilən məlumata əsasən, 2020-ci ilin I yarımilliyi üzrə Auditorlar Palatasının üzvü olan 52 sərbəst auditor və 112 auditorlar təşkilatı öz fəaliyyətinə dair...

Auditor və auditorlar təşkilatları maliyyə hesabatlarını açıqlayıblar

Azərbaycanın Auditorlar Palatası təsərrüfat subyektlərinin 2020-ci ilin I yarımilliyi üzrə auditdən keçmə vəziyyətinə dair qısa şərh verib.

Palatadan verilən məlumata əsasən, 2020-ci ilin I yarımilliyi üzrə Auditorlar Palatasının üzvü olan 52 sərbəst auditor və 112 auditorlar təşkilatı öz fəaliyyətinə dair maliyyə hesabatlarını təqdim ediblər.

Hesabat dövründə təsərrüfat subyektlərində 3 min 207 müqavilə bağlanılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bağlanılmış müqavilələrin sayı 15,3 faiz azalıb. Məbləğ 18 faiz artaraq 52 milyon 223,5 min manat olub.

2020-ci ilin I yarımilliyi ərzində 38 milyon 253,4 min manat məbləğində 2 min 611 müqavilə yerinə yetirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə yerinə yetirilmiş müqavilələrin sayı 20,3 faiz azalıb.

Məbləğ isə 13,4 faiz artaraq 38 milyon 253,3 min manata çatıb. Həmçinin, orta məbləğ 42,4 faiz artaraq 14 min 640 manat təşkil edib.

Nigar Məmmədova