Avropa İttifaqı ABŞ-a cavab verməyə hazırdır – Fransalı nazir

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer Avropa İttifaqının ABŞ-ın gömrük dərəcələrini artırmasına cavab verməyə hazır olduğunu açıqlayıb.

Avropa İttifaqı ABŞ-a cavab verməyə hazırdır – Fransalı nazir
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə o, “Radio Classique”nin efirində söyləyib.

Qeyd olunur ki, nazir bu yolla ABŞ ticarət nümayəndəsinin Fransanın rəqəmsal Amerika şirkətlərinə qarşı ayrı-seçkilik siyasəti yürütdüyünü, buna görə də Vaşinqtonun 2,4 milyard dollar ticarət dövriyyəsi olan fransız mallarına gömrük dərəcəsini 100% artırmalı olduğunu qeyd etdiyi hesabata reaksiya vermiş olub.

“Bu sanksiya layihəsi sadəcə qəbuledilməzdir. ABŞ-ın yeni gömrük dərəcələri tətbiq olunarsa, Avropa İttifaqı buna cavab verməyə hazırdır”, – deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, hakimiyyət ABŞ-ın yekun qərarını gözləmək niyyətindədir, lakin o, Fransanın özünə tətbiq olunan gömrük layihəsini qəbuledilməz hesab edir.

“Bu, müttəfiqliyə yaraşmır. Bu, ABŞ-dan əsas müttəfiqləri – Fransa və ümumiyyətlə Avropa ilə əlaqədar gözlədiyimiz davranış növü deyil”, – deyə Le Mer bildirib.

Bundan öncə məlumat yayılmışdı ki, ABŞ Paris tərəfindən rəqəmsal verginin tətbiqi ilə əlaqədar Fransadan gətirilən mallara rüsumlar tətbiq edə bilər.

İyulun sonlarında ABŞ lideri Donald Tramp Fransanın ABŞ şirkətlərinə rəqəmsal vergi tətbiq etməsi ilə bağlı cavab tədbirləri görəcəklərini açıqlamışdı.