Avropa Liqasında turun ən yaxşısı açıqlanıb

Avropa Liqasında turun ən yaxşısı açıqlanıb

Avropa Liqasında həftənin oyunçusu açıqlanıb.

Metbuat.az bildirir ki, UEFA azarkeşlər arasında keçirdiyi səsvermə ilə qrup mərhələsinin III turunun ən yaxşısını müəyyənləşdirib. “Arsenal”ın “Vitoriya” üzərində 3:2 hesablı əzmkar qələbəsində pay sahibi olan Nikolas Pepe turun futbolçusu seçilib. O, bu ada digər namizədlər Ussama İdrissi (Alkmaar), Rayan Kristi (Seltik) və Franko Vaskesi (Sevilya) arxada qoyub.