“Avropa Məhkəməsi Azərbaycan əleyhinə qərar veribsə, pulu yerli hakim ödəməlidir”

"Biz vətəndaşın dövlətə verdiyi vergini niyə ona- buna verməliyik?! Bu düzgün qərar çıxarmayan hakimim əməkhaqqısından tutulmalıdır". "Peyk.AZ"

“Avropa Məhkəməsi Azərbaycan əleyhinə qərar veribsə, pulu yerli hakim ödəməlidir”

"Biz vətəndaşın dövlətə verdiyi vergini niyə ona- buna verməliyik?! Bu düzgün qərar çıxarmayan hakimim əməkhaqqısından tutulmalıdır".

"Peyk.AZ" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə "Məhkəmə-Hüquq Şurası" haqqında qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib. O qeyd edib ki, bu yaxınlarda Avropa Məhkəməsinə bir nəfərin yerli məhkəmənin qərarından etdiyi şikayət əsasında 230 min manat Azərbaycan vətəndaşının vəsaiti verilib:

"Bu pul həmin işdə iştirak etmiş hakimin öz vəsaitindən tutulub ödənilməldiir. Hakim düzgün qərar vermədiyinə görə nəticə belə olub".

Günel Türksoy