Avropada inflyasiya və FED-in avroya təsiri

Beynəlxalq maliyyə bazarlarında EUR/USD məzənnəsində müşahidə edilən ucuzlaşma, FED-in qərarından sonra yenidən bahalaşa bilər.

Avropada inflyasiya və FED-in avroya təsiri
https://peyk.az

Bu gün Bakı vaxtı ilə 13:00-da Avropanın inflyasiya göstəricələri açıqlandı. İllik göstərici dəyişilməz olaraq 1% açıqlanıb. Buna baxmayaraq, aylıq göstəricinin 0.2% açıqlanacağı gözlənilsə də göstərici 0.1% faizlə gözləntiləri doğrultmadı. 

Açıqlama sonrası günün əvvəlindən dəyər itirən EUR/USD məzənnəsi ucuzlaşmağa davam edir. Avrozonada inflyasiyanın hədəflənən 2% həddinə qalxmaması və aylıq göstəricinin də proqnozların altında dərci olunması, avronun aparıcı valyutalara qarşı qiymətini təzyiq altında saxlaya bilər. 

Bu gün daha bir açıqlama EUR/USD məzənnəsinə güclü təsir edə bilər. Bu, Bakı vaxtı ilə 22:00-da açıqlanması gözlənilən FED-in faiz qərarıdır. Məhz FED-in uçot faizini 2.25%-dən 2%-ə sala biləcəyi ehtimalları, dünən dolların ucuzlaşması hesabına EUR/USD məzənnəsinin 1.1075 səviyyəsinədək bahalaşmasına səbəb oldu. 

Fed uçot faizini 2%-dək endirərsə, EUR/USD məzənnəsində növbəti artım dalğası müşahidə edilə bilər.