Avropadan Ermənistana ŞOK — QADAĞAN EDİLDİ

"Ölkə.Az"ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin rəsmi saytında deyilir.

Avropadan Ermənistana ŞOK — QADAĞAN EDİLDİ

İyunun 2-si Avropa Komissiyası Aİ-nin təhlükəsiz uçuşlar siyahısını, beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmadığına görə Avropa İttifaqında fəaliyyəti qadağan olunan və ya məhdudlaşdırılan aviaşirkətlərin siyahısını yeniləyib. Ermənistanda sertifikatlaşdırılmış bütün aviaşirkətlər ölkənin təhlükəsizliyin təmin edilməsi üzrə imkanları qiymətləndirildikdən sonra siyahıya əlavə edilib.

Bildirilir ki, siyahıya "Aircompany Armenia", "Armenia Airways", "Armenian Helicopters", "Atlantis Armenian Airlines", "Atlantis European Airways", "Mars Avia" və "Skyball" əlavə edilib.

Məlumata əsasən, Avropa İttifaqı ərazisinə ümumilikdə müxtəlif ölkələrin 96 aviaşirkəti üçün uçuşlar qadağan edilib.

Ölkə.Az