Avtobusda maska taxmayanların şəkli bu ünvana göndərilə bilər — RƏSMİ

"Ölkə.Az"ın xəbər verir ki, bununla bağlı "lent.az"ın sorğusunu cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, avtobuslarda sərnişinlərin maska taxmasına ciddi nəzarət üçün əlavə təkliflər verilməlidir:

Avtobusda maska taxmayanların şəkli bu ünvana göndərilə bilər — RƏSMİ

“Avtobuslarda sərnişinlərin maska taxmasına daha ciddi nəzarət etmək üçün yeni təkliflər verilməlidir. Bu, geniş müzakirə mövzusudur. Hazırda koronavirusinfo.az saytında xüsusi bölüm fəaliyyət göstərir. Həmin bölümdə vətəndaşlar maska taxmayan, karantin qaydalarına zidd hərəkət edənlərin fotosunu çəkib göndərə bilərlər. Bu zaman isə onu göndərən şəxsin anonimliyi tam qorunur”.

Qeyd edək ki, mayın 29-da baş nazir Əli Əsədovun qərarına əsasən, ictimai nəqliyyatda, dayanacaqlarda, bazar və digər iaşə obyektlərində, dövlət orqanlarının binalarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə və.s maska taxmaq məcburiləşdirilib.