Avtobusda qoruyucu maskanı gözünə taxdı, nazir zəng elədi - Foto

Türkiyədə bir vətəndaşın ictimai nəqliyyatda qoruyucu maskanı gözünə taxması sosial mediada müzakirələrə səbəb olub. “Peyk.AZ” xəbər verir ki, ö

Avtobusda qoruyucu maskanı gözünə taxdı, nazir zəng elədi - Foto

Türkiyədə bir vətəndaşın ictimai nəqliyyatda qoruyucu maskanı gözünə taxması sosial mediada müzakirələrə səbəb olub. “Peyk.AZ” xəbər verir ki, ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca da sözügedən şəkli tvitter hesabında paylaşaraq münasibət bildirib: “Sıfır yeni yoluxma məqsədinə çatmaq üçün riskə qarşı ayıq olaq: ​​virus ağız və burun vasitəsilə ötürülür. Ağız və ya burun açıq qalırsa, belə maska ​​taxaraq ancaq gözlərimizi həqiqətə bağlamış oluruq. Risk bu qədər yaxın ikən xəbərdarlıqlara qulaq asaq”.

Daha sonra fotodakı şəxsin market sahibi Həmzə Tatlı adlı şəxs olduğu müəyyənləşdirilib.

Həmzə Tatlı açıqlamasında fotoda görünən qadının anası olduğunu və xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirib. “Gündə 19 saat işləyirəm. Anamı xəstəxanaya apararkən yorğun idim. Pəncərənin altında oturduğum üçün günəş düşəndə maskanı gözlərimə taxdım”.

Tatlının sözlərinə görə, bu açıqlamadan sonra Səhiyyə naziri ona zəng edib: “Nazirimiz fotonu cəmiyyətə mesaj vermək üçün paylaşdığını bildirdi. Mən də xərçəng xəstəsi olan anamı xəstəxanaya apararkən, həminn günün yorğunluğu ilə maskanı gözlərimə taxdığımı bildirdim. Nazirimiz anamın müalicəsi ilə maraqlanacaqlarını söylədi. Xoş davranışına görə təşəkkür edirəm”.