Avtomobilinə qartopu atan uşaqları güllələdi

ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində bir şəxs avtomobilinə qartopu atan uşaqları güllələyib.

Avtomobilinə qartopu atan uşaqları güllələdi
https://peyk.az

"RİA Novosti" xəbər verir ki, 12 yaşlı qız və 13 yaşlı oğlan digər uşaqlarla birgə avtomobillərə qartopu atıb.

Bundan qəzəblənən "Toyota" markalı avtomobilin sahibi uşaqlara silahdan atəş açıb.

Yaralanan uşaqlar xəstəxanaya çatdırılıb.

Polis hadisənin təfərrüatını araşdırır.