Ay tutulması Azərbaycanın bölgələrində də izlənilir

İlin ikinci ay tutulması Azərbaycanın Qərb bölgəsində də izlənilir.

Ay tutulması Azərbaycanın bölgələrində də izlənilir

İlin ikinci ay tutulması Azərbaycanın Qərb bölgəsində də izlənilir.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Qazax, Ağstafa, Tovuz rayonlarında Ay tam görsənsə də, digər ərazilərdə, həmçinin Gəncə şəhərində göy üzü buludlu və buludlu olduğundan Ayın izlənilməsi tam mümkün deyil. Lakin arabir buludların arasından Yerin təbii peykinin müşahidəsi mümkün olur.

Ay tutulması şimal-qərb bölgələrində də izlənilir. Lakin respublikanın şimalında Ayın tutulmasını izləmək mümkün olmayıb. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, təbiət hadisəsi havanın buludlu və yağıntılı olması səbəbindən respublikanın şimal bölgəsində müşahidə olunmayıb.