Ayağı qurulan futbolçu əməliyyat olundu - Durumu...

İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə matçda ayağı qırılan "Everton"un futbolçusu Andre Qomeş əməliyyat olunub.

Ayağı qurulan futbolçu əməliyyat olundu - Durumu...
https://peyk.az

Peyk.az qol.aza istinadən xəbər verir ki, əməliyyat uğurlu keçib. Onun bir müddət xəstəxanada qalacağı bildirilib. Bundan sonra portuqaliyalı yarımmüdafiəçinin klubun həkimləri tərəfindən müalicəsinə başlanacaq. A.Qomeşin tam bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, matçın 78-ci dəqiqəsində rəqib futbolçusu Son Hın Minlə mübarizə zamanı Qomeşin ayağı qırılıb.