Aygün Kazımovanın qardaşı azadlığa çıxdı

Xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımadə azadlığa buraxılıb.

Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki, bu barədə Femida.az-a xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. Sənətçi qardaşının həbsdən çıxma xəbərini böyük sevinclə təsdiqləyib.

"Başda bu işdə bizə kömək olan bütün dostlarıma və vəkil - Ramil Vəliyevə təşəkkür edirəm. Qapıları açan Allahdır. Biz sadəcə vasitə ola bilərik. Allah özü günahından keçdiyi hər bir məhbusun qapısını açsın. Onların hər biri doğmalarına qovuşsun".

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib.
Aygün Kazımovanın qardaşı azadlığa çıxdı