Home Ölkə Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir

245
0

Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir ilə görüşüb.

Peyk.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a verilən bildirişə görə, görüşdə Alyansın dünya miqyasında həyata keçirdiyi fəaliyyətlər, xüsusilə Prezident İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünün və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olması barədə fikir mübadiləsi aparılıb.

Nasir Əbdüləziz Əl-Nasir ölkə rəhbərliyinin bu istiqamətdə təşəbbüslərini yüksək qiymətləndirdiyini, tərəfdaşlığın əhəmiyyətini, eləcə də 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun beynəlxalq səviyyədə müsbət əks-səda yaratdığını qeyd edib.

Nazir Əbülfəs Qarayev 2019-cu ildə ölkəmizdə keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinin başlanıldığını və forumun işində BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here