Home İdman Azərbaycan favoritdir – Şalland

Azərbaycan favoritdir – Şalland

179
0

 

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Azərbaycan yığmasını qəbul edəcək Kosovo millisinin baş məşqçisi Bernard Şalland matçöncəsi mətbuat konfransı keçirib.

 

Peyk.az xəbər verir ki, 67 yaşlı mütəxəssis əvvəlcə sabah Bakı vaxtı ilə 23:45-də start götürəcək oyun haqda fikirlərini bölüşüb:

 

“Sabah bizi çox maraqlı oyun gözləyir. Hələ turnirdən əvvəl Priştinada final keçəcəyini düşünürdüm. Azərbaycanı favorit hesab edirəm. İlk oyunumuzda rəqib daha yaxşı oynadı.Amma o vaxtdan biz artırmışıq. Sabah doğma azarkeşlərimiz qarşısında oynayacağıq. İnanıram ki, maraqlı qarşılaşma alınacaq”.

 

– Sabahkı matçda Azərbaycanda favorit kimi Kosovonu görürlər. Bəs siz nəyə əsasən əksini görürsünüz?
– FİFA reytinqinə əsasən. Bu, onu göstərir ki, Azərbaycan favoritdi. Üstəlik, təcrübə baxımından da müqayisəyə gəlmirik. Eyni zamanda, sizin baş məşqçi Qurban Qurbanov da daim rəqiblərini favorit göstərir.

 

– Sabah baxımlı futbola üstünlük verəcəksiniz, yoxsa bütün fikirləriniz nəticəyə söykənəcək?
–  Fəlsəfəm ondan ibarətdi ki, komandam hücum etməlidi. Bəzən futbol məntiqsiz olur və müdafiədə oturan komanda qalib gəlir. Ancaq hesab edirəm ki, daha çox hücum edən tərəf daha şanslıdı. Komandadan gedə də bilərəm. Təki komandam 90 dəqiqə ərzində qələbə üçün hər şey etsin.

 

– DÇ-in seçmə mərhələsində 9 məğlubiyyət almışdınız. Amma indi nəticə 180 dərəcə dəyişib. Eyni futbolçular oynayırsa, nə dəyişib?
– Ən böyük rolu futbolçular oynadı. Amma onu da deyim ki, DÇ və Millətlər Liqasını müqayisə etmək düzgün deyil. Türkiyə, Ukrayna və Finlandiya kimi rəqiblərlə oynamışıq. Nə qədər hörmətlə yanaşsam da, Millətlər Liqasındakı rəqiblər onlardan qat-qat zəifdirlər. Və əlbəttə ki, biz də inkişaf etmişik.

 

– Farer adaları ilə millimizin son matçını və Kosovo ilə görüşümüzü izləmisiz. Fərq hiss edilirdi?
– Hər bir rəqibin oyununu təhlil edirəm. Təqribən 7 dəfə izləyirəm hər oyunu. Farer adaları ilə matçı izləməmişəm. Ancaq bilirəm ki, 90 dəqiqə oyuna nəzarət edən 1 komanda olub. Adalılar cəmi bir dəfə rəqib qapısına yaxınlaşdı. Bu da, Azərbaycanın qrupun favoriti olduğunu bir daha sübut edir.

 

– Bir qədər öncə qeyd etdiniz ki, təki gözəl futbol sərgiləyəsiniz və hətta getməyə də hazırsınız. Bu, o anlama gəlir ki, sabah məğlub olacağınız təqdirdə, istefa verəcəksiniz?
– Hər bir məşqçi kimi istənilən situasiyaya hazıram. İndi bu haqda düşünmürəm. İşimi yaxşı görmək istəyirəm. Hər bir şey tez bir zamanda dəyişə bilər. Ola bilər ki, bu matçdan sonra evimə göndərilim. Ancaq bu, mənim üçün faciə olmayacaq. Çünki xanımımı və övladlarımı çox sevirəm.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here