Azərbaycan komandası Arena Polo Dünya Kubokunun qalibi olub

Azərbaycan komandası Arena Polo Dünya Kubokunun qalibi olub
https://www.peyk.az
Azərbaycan komandası Arena Polo Dünya Kubokunun qalibi olub

Azərbaycanı təmsil edən "Elite Horse and Polo Club" komandası Bakıda keçirilən VII Arena Polo Dünya Kuboku turnirinin qalibi olub.

“Report” xəbər verir ki, yerli komanda Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışın finalında Almaniya təmsilçisi "Los Nocheros Polo Club Münster"i 15-4 hesablı ilə məğlub edib.

Üçüncü yeri isə İsveçrənin “Evviva Polo Club St. Moritz” kollektivi tutubş

Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan Azərbaycan komandasına turnirin kubokunu və qiymətli hədiyyələr təqdim edib. Yarışın ən yaxşı oyunçusu Elçin Camallı seçilib.

Qeyd edək ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.