Home Mədəniyyət “Azərbaycan Kuboku” adlı incəsənət müsabiqəsi keçiriləcək (FOTO)

“Azərbaycan Kuboku” adlı incəsənət müsabiqəsi keçiriləcək (FOTO)

120
0

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 2 dekabr Şəhriyar adına Mədəniyyət sarayında “Azərbaycan Kuboku” adlı incəsənət müsabiqəsi keçiriləcək.

PEYK.AZ Trend-ə istinadən bildirir ki, təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group. Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).

“Gənclərə dəstək məqsədilə keçirdəcəyimiz müsabiqədə əsas məqsəd istedadlı gənclərin kənarda qalmaması, öz istedadlarından istifadə edə bilmələri üçün lazımi şəraitin yaradılmasıdı. Bu gün gənc istedadlı kadrlar hazırlamaq, onları yetişdirmək, öz istedad və bacarıqlarından istifadə edə bilməklərinə səbəb olmaq, hər bir gəncin həyatda yaxşı yer tutmasına gətirib çıxara bilər.Bizə bu işdə dəstək olan hər bir kəsə sonsuz təşəkkür edirəm” – deyə ARA-nın prezidenti və AGİ-nin sədr müavini Əziz Əzizov bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here