Azərbaycan meyvə-tərəvəz ixracını ARTIRIB

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə dəyəri 455,5 mln. ABŞ dolları dəyərində 467,3 min tona yaxın meyvə-tərəvəz ixrac edib.

Azərbaycan meyvə-tərəvəz ixracını ARTIRIB
https://peyk.az

Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ixrac olunmuş meyvə-tərəvəzin dəyəri 50 mln. dollar və ya 12,3%, həcmi isə 24 min ton və ya 5,4% artıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac olunmuş meyvə-tərəvəz mallarını əsasən tomat (139,5 min ton), meşə fındığı (18,5 min ton), alma (70,1 min ton) və xurma (66,6 min ton) təşkil edib.