Azərbaycan XİN İrandakı təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar İran və Ukraynanın Xarici İşlər Nazirliklərinə başsağlığı ünvanlayıb.

Azərbaycan XİN İrandakı təyyarə qəzası ilə bağlı başsağlığı verdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bununla bağlı XİN-in Tvitter səhifəsində mətn dərc edilib.

Başsağlığında deyilir: "Bu xəbəri eşitmək çox kədərli idi... Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".