Home Gündəm Azərbaycanda əsgər özünü GÜLLƏLƏDİ

Azərbaycanda əsgər özünü GÜLLƏLƏDİ

173
0

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.

PEYK.AZ sonxeber.aza istinadən xəbər verir ki, xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

Hal-hazırda əsgər O.Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır.

Faktla bağlı Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here