Azərbaycanda 17 yaşlı nişanlı tələbə qız evdən qaçdı - FOTO

Azərbaycanda 17 yaşlı nişanlı tələbə qız evdən qaçdı - FOTO
https://peyk.az

Azərbaycanda 17 yaşlı qız evdən qaçıb.

 BiG.AZ-a istinadən xəbər veririk ki, bu barədə ATV-də yayımlanan Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən və qızı Əslanəni axtaran Dürdanə deyib.

 

Dürdanə bildirib ki, qızım kollec tələbəsidir: "14 gündür Əslanə yoxdur. Əslanə atasının qohumu ilə nişanlı idi. Oğlanın 28 yaşı var. Əslanə nişanlısı Natiqi heç vaxt görməyib. Oğlan Rusiyadadır. Natiqlə Əslanə cəmi bir dəfə telefonda danışıblar. Əslanə Natiqi təkcə şəkildə görüb. Qızımı oğlanın ailəsi paltar almağa aparmışdı. Qızım onların evindən yoxa çıxıb. Əvvəl Əslanə Xırdalanda bibisigildə qalırdı. Daha sonra qızımla rayona getdik. Sonradan bildim ki, qızım imtahanlarından keçməyib. Müəlliməsi dedi ki, Əslanə dərslərə gəlmirdi".
Aparıcı bildirib ki, bizdə olan məlumata görə Əslanə Bakıda rəfiqəsi ilə birlikdə yaşayır.