Azərbaycanda canavarlar kəndə hücum etdi - kadrlar kameraya düşdü

Qubanın dağ kəndləri olan Xınalıq, Qrız, Xaltan və Qonaqkənd kəndlərinə qar yağıb.

Azərbaycanda canavarlar kəndə hücum etdi - kadrlar kameraya düşdü
https://peyk.az

Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 14 santimetr, temperatur 10 C°, Xaltan kəndində dağlarda 4 santimetr təşkil edir, temperatur da kəskin dəyişməyib. Qonaqkənd qəsəbəsinə isə az miqdarda qar yağıb.

Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur 10 C° təşkil edib.

Qardan sonra Qubanın Xınalıq kəndinə 7 canavar hücum edib, ancaq kənd camaatı ayıq-sayıq olub.

Sabaha kimi kəndin içində olan canavarlar heç nə apara bilməyib.