Azərbaycanda hava PİSLƏŞƏCƏK – Bakıya yağış, bölgələrə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Bakıya yağış, bölgələrə qar yağacaq
https://peyk.az

Səhər saatlarında duman olacaq. Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 28-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 28-də Abşeron yarımadasında zəif şimal küləyinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.